AhlulBayt Novinska Agencija

Izvor : Sahar TV
utorak

8. oktobar 2019.

05:52:25
981095

Tehran, Moskva və Bakı enerji dəhlizi yaradırlar

Azərbaycan Respublikasının iqtisadiyyat naziri deyib ki, Tehran, Moskva və Bakı şimal-cənub enerji dəhlizi yaratmağa hazırlıq görürlər.

(ABNA24.com) Azərbaycan Respublikasının iqtisadiyyat naziri deyib ki, Tehran, Moskva və Bakı şimal-cənub enerji dəhlizi yaratmağa hazırlıq görürlər.

Şahin Mustafayev bir müsahibədə bildirib ki, şimal-cənub enerji dəhlizinin işə salınması enerji sahəsindəki həmkarlıqları artıracaq. O, əlavə edib: Hal-hazırda İran-Rusiya-Azərbaycan Respublikası enerji koridorunun yaradılması barədə imkanlar öyrənilir.

Mustafayev həmçinin qeyd edib ki, 2018-ci ildə Azərbaycan Respublikasından Rusiyaya 121 milyon kilovatt-saatdan çox elektrik enerjisi ixrac olunub və Rusiyadan da bu ölkəyə 76 milyon kilovatt-saatdan çox elektrik enerjisi idxal edilibdir.

O, deyib: İranın “Təvanir” elektrik enerjisi istehsalı, ötürlüməsi və paylanmasının idarə olunması şirkəti, Rusiyanın “Operator Sistem” şirkəti və Azərbaycan Respublikasından bir şirkət bu razılaşmanın bir hissədirlər.



/129